×
A
A
A
Sazlamalar

Xilasedicilər binanın sakinləri və ərazidən keçən vətəndaşlar üçün yaranmış təhlükəni aradan qaldırıblar

Bakı, 15 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının şüşədən ibarət fasad üzlüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd edilən ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

 

Hadisə 2022-07-15 17:24:00