×
A
A
A
Sazlamalar

Bakı Limanı Azərbaycanın tranzit imkanlarını genişləndirəcək müqavilə imzalayıb

Bakı, 15 iyul, AZƏRTAC

Logistika sahəsində dövlət-özəl sektor əməkdaşlığına böyük əhəmiyyət verən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Türkiyənin ən böyük holdinqlərindən olan “Albayrak” şirkətlər qrupu ilə əməkdaşlığıa başlayır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı QSC və “Albayrak” şirkətlər qrupu arasında iyulun 15-i Ələtdə yerləşən Bakı Limanında birgə fəaliyyət müqavilələri imzalanıb.
İmzalanan müqavilələrə əsasən, tərəflər Bakı Limanının “Gübrə terminalı”, “Ro-Ro” terminallarının birgə işlədilməsi və digər sahələrdə sıx əməkdaşlıq edəcəklər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Albayrak” şirkətlər qrupunun rəhbəri Ahmet Albayrak arasında imzalanan müqavilələrin əsas məqsədi Avropa ilə Asiya arasında mövcud olan logistik yükün daha çox hissəsinin Bakı Limanı vasitəsilə tranzit keçidini təmin edərək yerli və regional iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Nəqliyyat 2022-07-15 16:11:00