×
A
A
A
Sazlamalar

FHN: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində yararsız konteyner və məişət tullantıları yanıb

Bakı, 15 iyul, AZƏRTAC
Paytaxtın Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində ümumi sahəsi 12 kvadratmetr olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 poqonometr elektrik kabeli və ətrafda 30 kvadratmetr sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.
Nazirlik yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hadisə 2022-07-15 15:26:00