×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 109 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 109 halda yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 14 nəfər, o cümlədən “Mərdəkan”, “Türkan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi olan üç nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib. Həmçinin Kür çayının Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində batan bir nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-07-15 12:10:00