×
A
A
A
Sazlamalar

FHN: Xətai rayonunun Zığ şosesi yaxınlığındakı dəniz sahilində konteynerdə yanğın baş verib

Bakı, 15 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hadisə 2022-07-15 12:03:00