×
A
A
A
Sazlamalar

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin üstünün açılması təmin olunub

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 1-nin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

 

 

 

Hadisə 2022-07-15 10:04:00