×
A
A
A
Sazlamalar

Quldurluq edən Sumqayıt şəhər sakini saxlanılıb

Bakı, 14 iyul, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə iyulun 9-da H.Z.Tağıyev qəsəbə sakini M.Qarayevin içərisində 310 manat pulu və bank kartları olan pulqabısının oğurlanması, sonradan isə hesabından 598 manatının çıxarılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Q.Dadaşov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2022-07-14 17:02:00