Bərdədə qanunsuz odlu silah saxlayan şəxslər saxlanılıblar
Bakı, 14 iyul, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahlar saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silahlar və onların komplekt hissələrini saxlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilən Məhərrəm Əmiraslanov və Rauf Bağırov saxlanılıblar. M.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman bir ədəd “Kalaşnikov” markalı avtomat silahı, iki ədəd patron darağı və 53 ədəd patron, R.Bağırovun avtomobilinin yük yerindən isə bir ədəd “TT” markalı tapança, bir ədəd patron darağı və üç ədəd patron aşkarlanaraq götürülüb.
Bundan başqa Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilən İbrahim Həsənov və Arif Quliyev də saxlanılıblar. İ.Həsənovun üzərindən və idarə etdiyi avtomobildən 41 ədəd bükümdə qablaşdırılmış külli miqdarda heroin, 16 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd bank kartı, A.Quliyevin üzərindən isə 45 qramdan çox tiryək və 100 qramdan artıq marixuana aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO