×
A
A
A
Sazlamalar

Abşeron Sukanal İdarəsinin binasından əlli ədəd su sayğacı oğurlanıb

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 7-nə keçən gecə Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal İdarəsinin binasından əlli ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-07-14 15:32:00