×
A
A
A
Sazlamalar

Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir

Bakı, 14 iyul, AZƏRTAC

Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir. Bunu rusiyalı həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim eyni zamanda qeyd edib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, insan orqanizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və stresdən əmələ gələn sərbəst radikallar olan kimyəvi birləşmələri zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir.
“Xaricdən aldığımız bütün sərbəst radikallar orqanizmdə qocalma proseslərini sürətləndirir. Kofein isə limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər”,- deyə S.Arkannikov bildirib.
Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərini normallaşdırır, bu da sızanaq, tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasının qarşısını alır. Qəhvəni gündə 2 və ya 3 fincan içmək tövsiyə edilir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.

Sağlamlıq klubu 2022-07-14 11:36:00