×
A
A
A
Sazlamalar

FHN: Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 13 iyul, AZƏRTAC
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.
Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Hadisə 2022-07-13 20:22:00