×
A
A
A
Sazlamalar

GIS və məsafədən zondlama texnologiyalarının tətbiqi imkanları araşdırılır

Bakı, 13 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib.
Tədbirdə mərkəzin rəhbəri Anar Səmidov “GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları” mövzusunda məruzəni təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəçi təmas etmədən və əlaqə olmadan obyekt haqqında məlumatların toplanması və ötürülməsi haqqında elm olan “Remote Sensing” (məsafədən zondlama) texnologiyasının yaranma tarixindən bəhs edib.
Sonra mərkəzin rəhbəri GIS (Geographic Information Systems – Coğrafi İnformasiya Sistemləri) texnologiyasından söz açaraq, onun bütün növ coğrafi məlumatları toplamaq, saxlamaq, manipulyasiya, analiz, idarə və təqdim etmək üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.
A.Səmidov, həmçinin “ağıllı şəhər” konsepsiyasında GIS texnologiyasının tətbiqindən bəhs edib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-07-13 17:25:00