×
A
A
A
Sazlamalar

FHN: Xaçmaz və Şabranda nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında və Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Aviasiya dəstəsinə məxsus bir ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Nazirlik əhaliyə bir daha müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Hadisə 2022-07-13 17:24:00

Video