×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən ətir yağları aşkarlanıb

Bakı, 13 iyul, AZƏRTAC

Gömrükçülər yük avtomobilinin qoşqusunda ətir yağları aşkarlayıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfümeriya məhsulları - 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-07-13 12:57:00