×
A
A
A
Sazlamalar

FHN-in fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı yoxlama tədbirləri həyata keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə nazirliyin Şimal-qərb Regional Mərkəzində və Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsində növbəti yoxlama tədbirləri həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.
Yoxlama zamanı əməli kömək göstərilib, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

Hadisə 2022-07-13 12:42:00