×
A
A
A
Sazlamalar

FHN: Qaradağ rayonunda qamışlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 13 iyul, AZƏRTAC

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata əsasən, təqribən bir hektar qamışlıq ərazi yanıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Hadisə 2022-07-13 12:04:00