×
A
A
A
Sazlamalar

Rusiyaya məxsus aviaşirkət Moskva-Gəncə reyslərinin sayını artırıb

Bakı, 13 iyul, AZƏRTAC

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə reyslərinin sayını artırıb.
AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, reyslərin sayı həftədə 3 dəfədən 5 dəfəyədək artırılıb. Əlavə reyslər çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Biletləri “Utair.ru” saytından əldə etmək olar. Səyahət vaxtı 3 saat 45 dəqiqədir.
Qeyd edək ki, “Utair” müxtəlif şəhərlərdən Gəncə, Naxçıvan və Bakıya birbaşa reyslər həyata keçirir.

 

Nəqliyyat 2022-07-13 11:56:00