×
A
A
A
Sazlamalar

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

Bakı, 12 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.
“Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelecom) AZƏRTAC-a bildirilib ki, MMC-nin rabitə xidmətlərinin göstərilməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib.
Hazırda hadisənin baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq.

İKT 2022-07-12 11:20:00