×
A
A
A
Sazlamalar

DTX: Güzəştli mənzil seçimi IT sahəsində xüsusi biliklərə malik şəxslər tərəfindən reallaşdırılıb

Bakı, 8 iyul, AZƏRTAC

Aprelin 14-də güzəştli mənzillərin satışında kənar müdaxilə halı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bir çox hallarda mənzil seçimi prosesi informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər tərəfindən reallaşdırılıb: “İstintaq texniki imkanlardan istifadə edilərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsini və digər formada müdaxilə edilməsini təmin edən kiberproqramlar və kiberhücumların izləri müəyyənləşdirilib”.

Tikinti̇ 2022-07-08 19:56:00