×
A
A
A
Sazlamalar

Güzəştli mənzil seçimlərinə müdaxilə məqsədilə xüsusi proqram təminatı hazırlanıb

Bakı, 8 iyul, AZƏRTAC

Martın 30-da Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutduqdan sonra şübhəli hallar müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı deyib.
O bildirib ki, MİDA bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və satış prosesinin bütün nəticələri ləğv edilib. Mənzillərin seçimi barədə elan satış tarixindən ən azı 30 gün əvvəl verilir. Hər elandan sonra, təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası elektron kabinetə sahib olan şəxslərə təqdim olunur.
“Burada məqsəd iştirak etmiş şəxslərin sistemdən istifadəsini təkmilləşdirməkdir. Satış elektron qaydada həyata keçirilir. Mənzil seçimi prosesi cəmi iki mərhələdən ibarətdir. Lakin güzəştli mənzil sisteminin bəzi istifadəçiləri bu sistemi daha sürətli etmək üçün müəyyən şəxslərə xüsusi proqram təminatları hazırladıb. Martın 30-da keçirilən seçimlərdə də bu proqram təminatlarından istifadə olunub”, - deyə F.Qurbanlı vurğulayıb.

 

Tikinti̇ 2022-07-08 16:56:00