“Sağlam cavan” layihəsi daha bir həftəsini geridə qoyub
Bakı, 5 iyul, AZƏRTAC
"Sağlam cavan" layihəsi daha bir həftəsini geridə qoyub.
AZƏRTAC Cavan Gənclər Hərəkatının saytına istinadla xəbər verir ki, dördüncü idman həftəsində ustad Qafar Qənizadə cavanları yoqa ilə tanış edib. Həm zehni, həm də fiziki məşqlər əsasında keçən yoqa dərsi olduqca maraqlı anlarla yadda qalıb.
Qeyd olunub ki, "Sağlam cavan" layihəsi çərçivəsində daha iki idman həftəsi keçiriləcək.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Cavan Sport" proqramı çərçivəsində reallaşır.
Nərimanov rayonunda azərbaycanlı və əcnəbi gənclərlə görüş
Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb
Qəbələdə külli miqdarda “patı” və digər narkotik vasitələr dövriyyədən çıxarılıb
Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb