×
A
A
A
Sazlamalar

Baş Prokurorluq yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb

Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Cəmiyyət 2022-07-04 23:30:00