Füzuli rayonunda kanaldan naməlum kişi meyiti tapılıb
Bakı, 4 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tahir Budaqov: Azərbaycan-Çin münasibətləri nümunəvi xarakter daşıyır
Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır
Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib
AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA