Sumqayıt Kimya Sənaye Parkının rezidenti İrlandiyaya şüşə vərəqələrin ixracına başlayıb
Bakı, 4 iyul, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Azerfloat” QSC-nin istehsal etdiyi məhsulların ixrac coğrafiyası genişlənir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib. “Azerfloat” QSC İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir.
Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir
Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb
İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib