“Sumqayıt” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib
Sumqayıt, 4 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti oyunçunu heyətinə cəlb edib.
AZƏRTAC klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Cənubi Afrika Respublikasının “Maritzburq Yunayted” klubunda çıxış etmiş Steven Pereira ilə 2+1 illik müqavilə imzalanıb. 28 yaşlı müdafiəçi komandada “5” nömrəli formada çıxış edəcək.
Hollandiya futbolunun yetirməsi olan Steven Pereira adıçəkilən ölkədə “Zvolle”, “Maastrixt” kimi klublarda çıxış edib. Pereira karyerası boyunca bu klublarla yanaşı, Bolqarıstanın “ÇSKA” (Sofiya), Portuqaliyanın “Santa Klara”, “Akademiko Viseu” və “Oliveyrense” klublarının da uğurları üçün çalışıb.
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək