×
A
A
A
Sazlamalar

Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki 24 nömrəli binada təmir bərpa işlərinə başlanılıb

Bakı, 4 iyul, AZƏRTAC

Paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Mirəli Qaşqay küçəsi, 24 nömrəli ümumi yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb.
Binanın fasadının bərpası və rənglənməsi, eyni zamanda istismar müddəti başa çatmış beton eyvan konstruksiyalarının sökülərək yenidən qurulması, dam örtüyünün əsaslı təmiri, yağış sularını axıdan boru və navalçaların dəyişdirilməsi işləri aparılır.

Sosial 2022-07-04 19:03:00