×
A
A
A
Sazlamalar

“Azərsu” ASC-nin sədr müavini Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşəcək

Bakı, 4 iyul, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 2022-ci il iyulun 14-də Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və “[email protected]” elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Regionlar 2022-07-04 19:00:00