×
A
A
A
Sazlamalar

Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına vergi güzəşti necə hesablanır?

Bakı, 4 iyul, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Eyni zamanda, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvədə olmuş maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Maliyyə 2022-07-04 18:55:00