×
A
A
A
Sazlamalar

Qurban bayramı ərəfəsində sahibkarlarla görüşlər davam edir

Bakı, 4 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri Qurban bayramı ərəfəsində insanların daha çox tələbatı olan məhsulların istehsal və satış məntəqələrində olur, sahibkarlarla satışa və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparırlar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbərliyi Lökbatanda yerləşən ət kəsimi məntəqəsində olub, kəsim yerlərindəki şərait və xidmət imkanları ilə maraqlanıblar.

İqtisadiyyat 2022-07-04 18:26:00