×
A
A
A
Sazlamalar

İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

Bakı, 4 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat könüllülərinin, AMEA Mərkəzi Elmi Kitabxanasının və “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə “Vikipediya-virtual reallıq” mövzusunda təlimlərə başlanılıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, təlimin ilk günü AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisi Nuray Tanrıverdiyeva könüllülərə vikipediyanın tarixi, layihələri və iş prinsipləri haqqında ətraflı məlumat verib. Təlimin məqsədi gənclərə vikipediyada məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.
Sonda könüllülər öz suallarını ünvanlayıblar. Təlim 3 gün olmaqla praktiki keçiriləcək.

Elm və təhsil 2022-07-04 17:48:00