×
A
A
A
Sazlamalar

Misir mətbuatı Ermənistanın növbəti hərbi təxribatından yazıb

Qahirə, 4 iyul, AZƏRTAC

Misirin “Nil”, “Şuruq” və “Əxbar Əl Yom” qəzetlərində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti hərbi təxribat haqqında xəbərlər dərc olunub.
AZƏRTAC-ın Azərbaycan Müdafiə Nazirliyinin məlumatı əsasında ərəb dilində yaydığı xəbərə istinadla bildirilib ki, iyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Cəmiyyət 2022-07-04 18:12:00