×
A
A
A
Sazlamalar

Tərtərli kümçülər bu günədək 10 tondan çox barama tədarük ediblər

Tərtər, 4 iyul, AZƏRTAC
Tərtər rayonunda barama tədarükü yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon kümçülərinə 330 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurduların bəslənməsində heç bir çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpaqlarından da istifadə edilib. Tərtər kümçüləri bu günədək 10 min 167,5 kiloqram barama tədarük ediblər.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2021-ci illərdə Tərtər rayonunda 304,8 min ədəd tut tingi əkilib ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb.
Rayonda 2016-cı ildə 1 ton, 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10,2 ton, 2019-cu ildə 18,3 ton, 2020-ci ildə 12,1 ton, 2021-ci ildə 13,6 ton barama istehsal olunub.

Kənd təsərrüfatı 2022-07-04 17:40:00