×
A
A
A
Sazlamalar

“CyberCamp 2022” yay düşərgəsində iştirak üçün qeydiyyatdan keçənlər test imtahanı veriblər

Bakı, 4 iyul, AZƏRTAC

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2022” yay düşərgəsində iştirak etmək üçün qeydiyyatdan keçənlərin ilkin biliklərinin yoxlanılması məqsədilə test imtahanı təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, düşərgədə iştirak üçün 150-dən çox namizəd test imtahanında iştirak edib. İmtahan 185 saylı orta məktəbdə keçirilib.
Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.
Uğurlu nəticə göstərən namizədlər müsahibəyə dəvət edilib.
Qeyd edək ki, “CyberCamp 2022” yay düşərgəsi iyulun 4-dən 9-dək Qubada təşkil ediləcək.

Texnologiya 2022-07-04 17:22:00