Baş prokuror hakim vəzifəsinə təyin edilmiş prokurorluq əməkdaşları ilə görüşüb
Bakı, 4 iyul, AZƏRTAC
Hakimlik vəzifələrinə seçilməklə müsabiqədə müvəffəqiyyət əldə etmiş, Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş Rzayeva Aynur Tapdıq qızı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş Hüseynov Nahid Nəsir oğlu Prezidentin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə müvafiq olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Baş prokuror Kamran Əliyev iyulun 4-də qeyd edilən prokurorluq əməkdaşlarını qəbul edərək onları prokurorluğun fəxri fərmanı ilə təltif etməklə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin, Baş prokuror Kamran Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlunu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.
Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub
Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib
“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır