×
A
A
A
Sazlamalar

İyulun 7-də II ixtisas qrupu üzrə imtahanda 15 min 742 nəfər iştirak edəcək

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 7-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda 15 min 742 nəfər iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan saat 10:00 da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Xatırladaq ki, DİM tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Elm və təhsil 2022-07-04 13:26:00