×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: 149 nəfər Azərbaycan vətəndaşı Macarıstanda təhsil almaq hüququ qazanıb

Bakı, 4 iyul, AZƏRTAC

2022-2023-cü tədris ili üzrə 149 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın və seçim barədə Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsi olaraq 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən tələbələr əsasən Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Kornivus Universiteti, Eötvös Lorand Universiteti, Debretsen Universiteti, Budapeşt Biznes Məktəbi – Tətbiqi Elmlər Universiteti və digər ali məktəblərdə təhsil almaq hüququ qazanıblar.

Elm və təhsil 2022-07-04 13:20:00