×
A
A
A
Sazlamalar

Abşeron çimərliklərində mülayim cənub-qərb küləyi əsəcək

Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı bildirilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 25-30° isti, dağlarda gecə 13-16°, gündüz 18-23° isti olacağı gözlənilir.

Ekologiya 2022-07-04 13:17:00