×
A
A
A
Sazlamalar

Ağsu heyvandarları yarım ili uğurla başa vurublar

Ağsu, 4 iyul , AZƏRTAC

Ağsu heyvandarları cari ilin 6 ayını uğurla başa vurublar. Rayonda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik artım davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarım il ərzində 2021–ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 37 ton artaraq 2802 tona çatıb. Habelə 6 ayda 16 min 502 ton süd, 322 ton yun, 8 milyon 492 min ədəd yumurta istehsal olunub ki, bu göstəricilər müvafiq olaraq 127 ton, 4 ton və 103 min ədəd artıb.
Qeyd edək ki, yarım ildə iribuynuzlu mal-qaranın, habelə davarların baş sayında da artım olub. Belə ki, inək və camışların baş sayı 35 baş artaraq 38 min 836 başa, qoyun və keçilər isə 118 min baş çoxalaraq 134 min 407 başa çatıb.

Kənd təsərrüfatı 2022-07-04 13:11:00