×
A
A
A
Sazlamalar

“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə aprelin 5-də elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib.
Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən qiymətləndirilib, eyni zamanda nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən, hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.
Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından dəyəri 498174 manat olan 454 adda kitabdan 50465 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.
Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri qısa zamanda Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur. Daha ətraflı məlumat üçün https://culture.gov.az/az/umumi-xeberler/14517 linkindən istifadə etmək olar.

Mədəniyyət 2022-07-04 12:47:00