×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 79 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 75 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dörd nəfər, o cümlədən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub. Həmçinin paytaxtın Nizami rayonunda 1957-ci il təvəllüdlü Cavadov Şahlar Alış oğlunun cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-07-04 12:39:00