×
A
A
A
Sazlamalar

İyunda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6 004 vahid artıb

Bakı, 4 iyul, AZƏRTAC

Cari ilin iyun ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6 004 vahid və ya 0,33 faiz artaraq, 1,81 milyon vahid təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 737, fiziki şəxslər üzrə 4 764, torpaq mülkiyyətçiləri üzrə isə 503 vahid artıb.

 

Sosial 2022-07-04 12:17:00