×
A
A
A
Sazlamalar

“Ucalıq” qısametrajlı bədii-sənədli filmi İmişlidə nümayiş olunub

Bakı, 4 iyul, AZƏRTAC
İmişli şəhər 7 nömrəli orta məktəbdə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkdiyi “Ucalıq” qısametrajlı bədii-sənədli filminin təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmin ssenari müəllifi Sənan Əlibəyov layihə haqqında məlumat verərək, 2020-ci ilin payızında haqq savaşında dövlət-ordu-xalq birliyindən, Ordumuzun əsgər və zabitlərinin erməni qəsbkarlarına qarşı göstərdiyi rəşadət və igidlik nümunəsindən, həmin döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəlmiş Elməddin Əhmədzadənin həyat və qəhrəmanlıq yolundan bəhs edib.
Film nümayiş olunandan sonra təbdir iştirakçıları şəhidin keçdiyi qəhrəmanlıq yolunun gənclərin vətənpərvərlik tərbiyəsində oynayacağı rolundan danışıblar. Müəllim və pedaqoqlar, şəhidin valideynləri diqqəti filmin aşıladığı mənəvi dəyərlərə yönəldib və onu ərsəyə gətirən yaradıcı heyətə təşəkkür ediblər.
Qeyd edək ki, layihənin rəhbəri Gəray Əlibəyov, quruluşçu rejissor Ötkəm İskəndərov, operatoru Rais Bəhramidir.

 

Mədəniyyət 2022-07-04 12:03:00