×
A
A
A
Sazlamalar

Yüksək hazırlıqlı abituriyentlər özəl ali məktəblər arasında Xəzər Universitetini seçiblər

Bakı, 4 iyul, AZƏRTAC

Özəl ali təhsil müəssisələri arasında yüksək hazırlıqlı abituriyentlər Xəzər Universitetinə üstünlük veriblər. Ötən il bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəricisi I qrup üzrə 450.492, II qrup üzrə 357.760, III qrup üzrə 390.707, IV qrup üzrə 385.774 olub.
AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri isə aşağı olub.

Elm və təhsil 2022-07-04 12:03:00