Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Badminton Federasiyası 5 İyul - Dünya Badminton Günü ilə bağlı növbəti tədbir keçirib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qusarın İmamqulu kəndində uşaqlar badmintonla məşğul olublar. Məşqçi Vahid Quliyev açıq havada azyaşlılara ustad dərsi keçib.
Qeyd olunub ki, əvvəlcə Qusarda Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı təşkil olunub.
İslamiada: Voleybol yığmalarımızın medal görüşlərindəki rəqibləri bəlli olub
Laurentsiu Regekampf: Bu gün qələbə qazandığımız üçün çox sevinirəm
Yaşar Vahabzadə: Müdafiədə etdiyimiz səhvlərə görə məğlub olduq