×
A
A
A
Sazlamalar

Uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Böyük Britaniyada keçirilən “Golden Time Talent” adlı beynəlxalq müsabiqədə uğurla çıxış ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə məktəbin şagirdləri Çinarə Məhərrəmova, Xədicə Əhmədova, Şəbnəm Cümşüdlü, Mələk Məstiyeva, Ayişə Əlizadə və Leyla Əfəndiyeva 12 əlli ansambl üzrə birinci yerə layiq görülüblər.

 

 

Mədəniyyət 2022-07-04 11:56:00