×
A
A
A
Sazlamalar

İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib

Bakı, 4 iyul, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib.
Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6,5 xalla 4-cü sırada qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

İdman 2022-07-04 00:48:00