Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandası Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən açıq Avropa turnirini birinci yerdə başa vurub.
AZƏRTAC xəbər verir ki, komandamız yarışda 3 qızıl, 3 bürünc medal qazanaraq ümumi hesabda birinci pillədə qərarlaşıb. Qızıl medalları yığmamızın aktivinə Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) Murad Fətiyev (90 kq) yazdırıblar. Tatami ustalarımız Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) isə bürünc medallara yiyələniblər.
Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunub. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir