×
A
A
A
Sazlamalar

Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur

Şuşa, 3 iyul, AZƏRTAC

Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Azərbaycan cəmi bir neçə ayda miqyası çox böyük olan işlər görüb. Dövlətlər var ki, bu işləri reallaşdırmaq üçün onilliklər sərf edir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Əkrəmcan Nemətov iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir.

Siyasət 2022-07-03 15:59:00