×
A
A
A
Sazlamalar

Qismət Gözəlov: Türk dövlətləri bir yerdə daha güclüdür

Şuşa, 3 iyul, AZƏRTAC

Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı tədbirlər planı hazırlanır. Biz gələcəyə daha ümidlə baxırıq.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov iyulun 3-də Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
Q.Gözəlov TDT-nin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verdiyini, Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında səy göstərdiyini qeyd edib.
“Qlobal problemlər fonunda müəyyən çağırışlar meydana çıxır. Regionumuz həssas olduğu üçün birliyimizin, əməkdaşlığımızın möhkəmləndirilməsi diqqət çəkir. Dünyada çoxqütblülük problemi mövcuddur. Su qıtlığı, ərzaq çatışmazlığı və digər problemlər bizi çox narahat edir və bu problemləri həll etmək üçün həmrəy olmalıyıq. Türk dövlətləri bir yerdə daha güclüdür", - deyə Q.Gözəlov vurğulayıb.
Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən TDT Baş katibinin müavini məsələlərə ortaq mövqedən baxmağın daha həmrəy və güclü olmamıza imkan verdiyini diqqətə çatdırıb.

Siyasət 2022-07-03 15:26:00