Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi bu gün üçüncü yer uğrunda oyuna çıxacaq
Bakı, 3 iyul, AZƏRTAC
Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında basketbol üzrə Azərbaycanın milli komandası bu gün üçüncü yer uğrunda oyuna çıxacaq.
AZƏRTAC xəbər verir ki, yığmamız Andorra komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub.
Xatırladaq ki, yığmamız yarımfinalda Malta komandasına 52-59 hesabı ilə məğlub olub.
UEFA Avropa Liqası: "Fənərbağça" "Austriya" komandasını məğlub edib
Artyom Dzyuba "Adana Demirspor" klubuna keçib
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - YENİLƏNİB
Karateçilərimiz V İslam Həmrəyliyi Oyunlarında 6 medala sahib olublar
Azərbaycan karateçisi İrina Zaretska İslamiadanın ikiqat qalibi olub